AZ

Bloger Arzum həmin qəzanın görüntülərini yaydı - VİDEO

"Arzum 9999” ləqəbli bloger Iduz Hacıyeva aylar öncə baş verən qəzadan danışıb.

O eyni zamanda hadisənin anbaan videosunu təqdim edib.

O bildirib ki, qəza qarşı tərəfin kobud səhvi ucbatından baş verib. Bloger qəza videosunun artıq məhkəmədə təqdim edildiyini bildirib.

Qeyd edək ki, sözügedən hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində bir nəfər ölüb, digər bir şəxs isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq dövründə bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Həmin videonu təqdim edirik:
Seçilən
20
7
7news.az

10Mənbələr