AZ

Vladimir Putindən müsəlmanlara Qurban bayramı TƏBRİKİ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısının təbrik teleqramı Kremlin rəsmi saytında dərc olunub.

Təbrik mətnində Vladimir Putin Rusiya müsəlmanlarının ölkənin ictimai və mədəni həyatında fəal iştirak etdiyini xüsusi vurğulayıb. Rusiya lideri müsəlman icmasının ailə dəyərlərinin möhkəmləndirilməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, həmçinin sosial əhəmiyyətli maarifləndirici və xeyriyyə təşəbbüslərinin həyata keçirilməsinə böyük diqqət yetirdiyini qeyd edib.

Prezident, həmçinin müsəlman icmasının hazırda hərbçilərə, onların ailələrinə və yaxınlarına dəstək olmaq məqsədilə göstərdikləri fəal humanitar fəaliyyətə görə də dərin minnətdarlığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
redaktor.az

2Mənbələr