AZ

Qarabağ dan ayrılan futbolçu İtaliya A Seriyasında çıxış edə bilər

Sherg.az saytına istinadən ain.az xəbər verir.

"Qarabağ"dan ayrılan sol cinah hücumçusu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İtaliyanın "Boloniya" klubunun diqqətini cəlb edib.

Hazırda dəyəri 1.50 milyon avro olaraq göstərilən Emmanuel Addai A Seriyası təmsilçisinin gələn mövsüm üçün hücum xəttinə alternativlər axtardığı bir vaxtda potensial hədəf kimi gündəmə gəlib.

Xatırladaq ki, 2024-cü ildən "Qarabağ"ın heyətində çıxış edən Addai bu illər ərzində 49 matça çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
sherg.az

2Mənbələr