AZ

“Qarabağ”dan ayrıldı, toyda bəylə gəlinə, görün, nə hədiyyə etdi! - VİDEO

“Kəpəz”in qapıçısı Məmməd Hüseynov subaylığın daşını atıb.

Sportinfo.az xəbər verir ki, toy məclisi Bakıda yerləşən restoranların birində baş tutub.

Toyda idman ictimaiyyətinin tanınmış simaları, o cümlədən bəyin komanda yoldaşları və yaxın dostları iştirak ediblər.

Gecənin ən diqqətçəkən qonaqlarından biri isə bir neçə gün öncə “Qarabağ”dan Türkiyənin I Liqasına vəsiqə qazanan “Bursaspor”a transfer olunan Toral Bayramov olub.

Müdafiəşi toy məclisinə əliboş gəlməyib. O, yeni komandasının rəsmi formasını və şərfini bəylə gəlinə təqdim edərək maraqlı bir jest edib.

Seçilən
44
sportinfo.az

1Mənbələr