AZ

Rafael Leao Milan dan ayrılmaq istəyir

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Milan"ın və Portuqaliya millisinin hücumçusu Rafael Leaonun İtaliya klubundan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 26 yaşlı futbolçu son aylarda "San Siro"dakı münasibətdən narazı qalıb. Xüsusilə tribunaların ona qarşı sərt reaksiyası və komandadakı dəyişikliklər Leaonun qərarına təsir edib. Bildirilir ki, futbolçu klubdakı vəziyyəti Zlatan İbrahimoviç ilə də müzakirə edib.

Buna baxmayaraq, "Milan" rəhbərliyi oyunçunu komandada saxlamaq niyyətindədir. Klub rəhbəri Cerri Kardinale və Zlatan İbrahimoviçin Leaonun komandada qalmasını istədiyi vurğulanır.

Qeyd edək ki, Rafael Leaonun "Milan"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
sport24.az

1Mənbələr