ain.az, Milli.az portalına istinadən məlumat verir.
Müğənni Nəfəs paytaxt məkanlarının birində səhnə çıxışı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi ifası zamanı oriental rəqs nümayiş etdirib. Onun səhnədə etdiyi rəqs hərəkətləri, xüsusilə omba rəqsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məclisdə iştirak edən şəxslər tərəfindən lentə alınan görüntülər qısa zamanda yayılıb. İzləyicilər paylaşımın altında müxtəlif fikirlər səsləndiriblər. Bəziləri sənətçinin səhnə enerjisini və rahat davranışını bəyəndiklərini qeyd ediblər, digərləri isə bu cür çıxışların müzakirə yaratdığını bildiriblər.
Video sosial platformalarda maraqla qarşılanaraq çoxsaylı baxış və şərh toplayıb.
Musa
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.