Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
AFFA-nın Futbol Təhsili üzrə Vebinarlar təşəbbüsü çərçivəsində “Uşaq və gənclərlə iş” silsiləsinin ikinci onlayn seminarı təşkil olunub.
İdman.Biz xəbər verir ki, “Uşaq psixologiyası və motivasiya” mövzusuna həsr olunan vebinarda 20-yə yaxın klubun nümayəndəsi iştirak edib. Tədbir AFFA Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov tərəfindən keçirilib.
Sessiya zamanı məşqçi davranışının uşaqların psixologiyasına təsiri, motivasiya, effektiv ünsiyyət və geribildirim mövzuları müzakirə olunub. Həmçinin praktik ssenarilər əsasında məşqçilərin yanaşması və emosional reaksiyaların idarə olunması barədə fikir mübadiləsi aparılıb.
Vebinarın sonunda iştirakçılarla “Məşqçi güzgüsü” adlı iş aləti paylaşılaraq onların öz fəaliyyətlərini təhlil etməsinə dəstək göstərilib.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.