AZ

“Barselona” ilə oyun zamanı futbolçunun evi qarət olundu

Lent az saytına istinadən ain.az xəbər verir.

“Valensiya”nın futbolçusu Largi Ramazaninin evi La Liqanın 38-ci turunda “Barselona” ilə oyun zamanı qarət edilib.

Lent.az xəbər verir ki, naməlum şəxslər evə pəncərədən daxil olublar. Ərazidə quraşdırılmış siqnalizasiya sistemi isə işə düşməyib.

Bildirilir ki, 25 yaşlı Largi Ramazani artıq Londona yola düşməyə hazırlaşırmış və bütün əşyalarını toplamışdı. Futbolçu İngiltərənin “Lids Yunayted” klubundan icarə əsasında “Valensiya” çıxış edir.

Ramazani oğurluq hadisəsindən yalnız evə qayıtdıqdan sonra xəbər tutub. İlkin hesablamalara görə, hadisə zamanı təxminən 100 min avro dəyərində əşyalar, o cümlədən nağd pul, zinət əşyaları və dizayner geyimləri oğurlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
lent.az

1Mənbələr