Bu gün islam dünyasında, o cümlədən Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkənin rəsmiləri xalqımıza və dünya müsəlmanlarına ünvanlanan təbrik mesajları yayımlayıb.
VAXT.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Quran bayramı münasibətilə xalqımızı təbrik edib. Əksər sosial şəbəkələrdə yayımlanan təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə… pic.twitter.com/BvzISMbhro
***
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Quran bayramı münasibətilə xalqımızı təbrik edir. Mehriban xanımın şəbəkələrdəki rəsmi hesablarında yayımlanan təbrikdə deyilir:
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”.***
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında dövlət başçısının paylaşdığı təbriki “retweet” edib.
***
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “İnstagram” sosial şəbəkəsindəki hesabında Birinci Vitse-prezidentin təbrikini “repost” edib.
***
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycana xalqını Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Mənəvi birliyi, xeyirxahlığı və həmrəyliyi ifadə edən Qurban bayramı münasibətilə təbriklərimizi çatdırır, xoş ovqat və firavanlıq arzulayırıq.
Bayramınız mübarək!”We extend our congratulations on the occasion of Eid al-Adha, which embodies spiritual unity, kindness, and solidarity, and wish you joy and prosperity.
Happy holiday!#EidalAdha pic.twitter.com/pXRwGkBKQu
***
Xarici işlər naziri də xalqımıza təbrik mesajı ünvanlayıb:
“Müqəddəs Qurban Bayramı münasibətilə həmvətənlərimizi və bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, firavanlıq və əmin-amanlıq arzulayıram.
Qurban Bayramı fədakarlıq, mərhəmət, həmrəylik, paylaşmaq və mənəvi dəyərlərə sədaqət rəmzidir.
Bu mübarək günlərin ailələrinizə sevinc, evlərinizə bərəkət, qəlblərinizə rahatlıq gətirməsini diləyirəm.
Qurbanlarınız və dualarınız qəbul olsun!
Qurban Bayramınız mübarək!”Müqəddəs Qurban Bayramı münasibətilə həmvətənlərimizi və bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, firavanlıq və əmin-amanlıq arzulayıram.
Qurban Bayramı fədakarlıq, mərhəmət, həmrəylik, paylaşmaq və mənəvi dəyərlərə sədaqət rəmzidir.
Bu mübarək günlərin ailələrinizə… pic.twitter.com/iwPeZs5rth
***
Təhsili nazirinin təbrik mesajında deyilir:
“Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, sizə cansağlığı və xoş günlər arzulayıram.
Bayramınız mübarək olsun!”Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, sizə cansağlığı və xoş günlər arzulayıram.
Bayramınız mübarək olsun! pic.twitter.com/7fxCsjnCVl