''İks''də ''Kadıköy Medya'' adlı səhifə ispaniyalı forvardın adından bir paylaşım edib. Guya Morata ''karyerandan bir klubu silmək imkanın olsaydı, hansı klubu silərdin'' sualına ''Qalatasaray'' cavabını verib. Tanınmış forvard bu xəbəri təkzib edib. O, həmin xəbərin görüntüsünü paylaşaraq üzərində bunları yazıb:
''Bu məlumat yanlışdı. ''Qalatasaray''da oynamaq karyeramda başıma gələn ən gözəl şeylərdən biridi. Bunu yazan şəxs böyük ehtimalla uzun müddətdi qələbə görməyən başqa bir klubun xəyal qırıqlığı yaşamış azarkeşidi. Səni sevirəm ''Qalatasaray''.
Xatırladaq ki, 33 yaşlı futbolçu Türkiyədə keçirdiyi 4 ay ərzində 16 matçda aktivinə 7 qol 1 məhsuldar ötürmə yazıb və 2 titul qazanıb.