ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Roma”nın futbolçusu Kris Smollinq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, müdafiəçi “Əl Feyha”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.
İngiltərə yığmasının sabiq üzvü olan Smollinq daha əvvəl – 2010-2020-ci illərdə “Mançester Yunayted”də forma geyinib. O, “qırmızı şeytanlar”da 323 oyunda 18 qol vurub.
Smollinq “Roma”da 155 görüşdə 10 qol vurub, 1 məhsuldar ötürmə edib. Müdafiəçi İngiltərə yığmasında 31 oyuna çıxıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.