AZ

UEFA Konfrans Liqasının finalı ərəfəsində azarkeşlər arasında dava düşüb

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

UEFA Konfrans Liqasının final oyunundan əvvəl İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" klublarının fanatları arasında kütləvi qarşıdurma yaşanıb.

"Report" xarici mətbuat orqanlarına istinadən məlumat verir ki, insident Leypsiq şəhərində yerləşən restoranlardan birində baş verib.

Azarkeşlər bir-birlərinə müxtəlif əşyalar tullamaqla hücuma keçiblər. Hadisə yerinə gələn polis ərazini nəzarət altına alıb. Onlarla nəfər iğtişaşlarda iştirakına görə saxlanılıb.

Qeyd edək ki, "Red Bull Arena" stadionunda təşkil olunacaq "Kristal Pelas" – "Rayo Valyekano" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
3
cebheinfo.az

4Mənbələr