AZ

Paşinyan: Ermənistanın Aİ yə, yoxsa Aİİ yə qoşulacağını xalq müəyyən edəcək

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Ölkənin Avropa İttifaqında (Aİ) və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) yer alması məsələsinə özü deyil, Ermənistan xalqı qərar verəcək.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşdə bildirib.

O, qarşıdan gələn iyun parlament seçkiləri ərəfəsində Kotayk vilayətinin Qarni kəndində keçirilən seçkiqabağı görüş zamanı: “Deyirəm ki, erməni xalqının Aİİ-nin, yaxud Aİ-nin tərkibində olmaq alternativi olmalıdır. Buna qərarı mən verməyəcəyəm. Qərarı ən güclü tərəf verəcək. Ən güclü kimdir? Ermənistan vətəndaşıdır, bu qərarı siz verəcəksiniz. Mənim vəzifəm sizə alternativlər təqdim etməkdir və sizin artıq bu alternativləriniz var”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr