İranlı ekspert: “Hücum ehtimalı olarsa, nüvə silahı əldə etməliyik”
Dünən İslam Respublikasına tərəfdarlığı ilə tanınan strateji ekspert Mehdi Xərratian ABŞ ilə mümkün razılaşmadan sonra da təhlükələrin davam edə biləcəyini bildirib və İran rəhbərliyinə "nüvə çevikliyi" siyasətini qəbul etməyi tövsiyə edib. O, "IranTalk" podkastına müsahibəsində qeyd edib ki, noyabr ayında ABŞ Nümayəndələr Palatasına keçiriləcək ara seçkilərdən sonra regionda İrana qarşı yeni addımlar atılarsa, Tehran daha sərt qərarlar verməlidir. Xərratian iddia edib ki, əgər Qətər və Səudiyyə Ərəbistanında hərbi və logistika fəaliyyətləri müəyyən həddi keçərsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmalı və nüvə silahı istehsalına başlamalıdır. Onun açıqlamaları İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. İRADƏ