AZ

Göyçayda 3 minik avtomobili toqquşub, ölən və yaralananlar var

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndi ərazisindən keçən 199-cu kilometrliyində qeydə alınıb.

 

İlkin məlumata görə, 3 minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Tarix: 27 May 2026, 15:17   
Seçilən
26
10
pravda.az

10Mənbələr