AZ

“Neftçi” Rüfət Abbasovu transfer etdi

BAKI, 27 may. TELEQRAF

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, Sol cinah müdafiəçisi Rüfət Abbasov artıq “Neftçi” ailəsinin üzvüdür. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, “3” nömrəli formanı geyinəcək.

“Neftçi”nin yetirməsi olan, 2015-ci ildə akademiyamıza qoşulan Abbasov əsas komandamız 2021/22 mövsümündə cəlb edilib 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Seçilən
43
16
teleqraf.com

10Mənbələr