AZ

​"Qalatasaray"lıları həyəcanlandıran xəbər:

Türkiyənin "Qalatasaray" klubu səs-küylü transferə imza atmağa hazırlaşır. İstanbul təmsilçisi "Milan"ın ulduzu Rafael Leaonun xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, bu iddia ilə xarici media çıxış edib.İtaliya mətbuatının yazdığına görə, İstanbul təmsilçisi 26 yaşlı hucumçu ilə razılığa gəlib. Rafael Leao sarı-qırmızılı klubda ildə 10 milyon avro maaş alacaq. 'Milan"la 2028-ci ilə kimi müqaviləsi olan portuqaliyalı futbolçu ötən gün sosial şəbəkə hesabında vida məzmunlu psylaşım edərək, komanda yoldaşlarına gələn mövsümdə uğurlar arzulayıb.

Qeyd edək ki, futbolçunun bazar dəyəri 65 milyon avrodur. "Qalatasaray" İtaliya təmsilçisinə 40 milyon avro transfer haqqı ödəməyə hazırdır.

Seçilən
19
metbuat.az

1Mənbələr