AZ

Xətaidə sakinlər liftsiz qalıb ŞİKAYƏT

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi 29 ünvanında yerləşən 9 mərtəbəli binada artıq iki gündür ki, lift işləmir.

Gununsesi.info–ya müraciət edən sakinlərin bildirdiyinə görə, mayın 26-i, saat 16:00-dan etibarən lift işləmir.

Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət olunsa da, nəticə əldə edilməyib. Bu gün də bir neçə dəfə müraciət edilsə də, problemə baxan olmayıb.

Sakinlər qeyd edirlər ki, mərkəzi xidmətə də məlumat verilib, lakin vəziyyət dəyişməyib.

Məsələ ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyinə müraciət etdik. İdarədən Gununsesi.info-ya açıqlamasında bildirildi ki, problemlə bağlı onlara məlumat daxil olub:

“Bayramla əlaqədar olaraq növbətçi əməkdaşlarımız bu gün çatdıra bilməyiblər. Hazırda onlar sahədədirlər. Çox güman ki, günün sonunadək nasazlıq aradan qaldırılacaq”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
icma.az

1Mənbələr