AZ

"Neftçi" millimizin müdafiəçisi ilə anlaşdı - RƏSMİ

"Neftçi" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" millimizin üzvü Rüfət Abbasovla anlaşıb.

21 yaşlı müdafiəçi "Neftçi" ilə 3 illik müqavilə imzalayıb.

Abbasov paytaxt klubunda 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rüfət “Neftçi”nin yetirməsidir və 2021/2022 mövsümündə əsas komandaya cəlb edilib, 2 rəsmi oyuna çıxıb.

 

saytlarin hazirlanmasi

Seçilən
47
1
sportal.az

2Mənbələr