AZ

Azərbaycanlı merə hücum edildi - Vəziyyəti ağırdır

Ukraynanın Dnepropetrovsk vilayətinin Piatixatki şəhərinin azərbaycanlı meri, 61 yaşlı Hilal İsayev bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalıb.

Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, viayət polisi ötən gün in10:40 radələrində naməlum şəxs məmura hücum edərək, ona bıçaqla xəsarət yetirdiyini bildirib.

Hilal İsayevi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. İlkin məlumata görə, o, döş qəfəsindən yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.

Müstəntiqlər Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi və 115-ci maddəsinin 1-ci hissəsi üzrə - qəsdən adam öldürməyə cəhd faktı ilə cinayət işi açıblar.

"Suspilne Dnipro” nəşrinin Batkivşina Partiyasının vilayət təşkilatının informasiya-analitik şöbəsinin rəhbəri Vladimir Fedorova istinadən yaydığı məlumata görə, hücum edən şəxs İsayevin qəbul otağına gəlib. Tərəflər arasında mübahisə yaranıb və bundan sonra o, merə bıçaqla zərbə endirib.

Seçilən
66
7
publika.az

10Mənbələr