AZ

Çin iğtişaşların qarşısını süni intellektlə alacaq

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çin köhnəlmiş rəqəmsal müşahidə sistemlərinin modernləşdirilməsi üzərində işləyir və bu məqsədlə süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, yeni sistemlər təkcə insanların hərəkətlərini izləmək deyil, həm də onların davranışlarını təhlil etmək və potensial iğtişaşların yaranmasını əvvəlcədən proqnozlaşdırmaq imkanına malik olacaq. Bildirilir ki, əvvəlki müşahidə sistemi “reaktiv” xarakter daşıyırdı və insanların niyyətlərini müəyyən edib anlamağa imkan vermirdi.

Yeni sistemin küçə cinayətlərini, yol-nəqliyyat hadisələrini, eləcə də kütləvi etiraz aksiyalarını və icazəsiz toplantıları əvvəlcədən proqnozlaşdırmağa imkan verəcəyi qeyd olunur.

Hikvision və Huawei şirkətlərinin bu sistem üçün avadanlıq istehsalı ilə bağlı tenderlər qazandığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
lent.az

1Mənbələr