AZ

Xalqımızın suverenlik əzminin və dövlətçilik ənənələrinin təntənəsi

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

                                                                                                                                                   “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya                                                                                                                                                     miqyasında öz  mövqelərini kifayət qədər                                                                                                                                                                   möhkəmləndirib, eyni zamanda                                                                                                                                                                                   istənilən nəticəni əldə etməyə qadirdir”.

                                                                                                                                                                      Prezident İlham Əliyev

                                                                                                       ***

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət quran Azərbaycan Xalq Cümhuriyyəti (AXC) istiqlaliyyət əzmi ilə xalqımızın müstəqillik arzusunu gerçəkləşdirmiş, çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.

Xalq Cümhuriyyətinin qurulması və Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyu çətin sınaqlardan keçsə də, xalqımızın milli iradəsini sındırmaq mümkün olmadı və müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmadı. XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərindən geniş vüsət alan xalqımızın milli oyanış, milli dirçəliş hissləri və azadlıq duyğularının məntiqi nəticəsi olaraq Azərbaycan 1918-ci ildə öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, ağır tarixi dövrdə Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, milli ordu quruculuğu həyata keçirildi, dövlətin mühüm təsisatlarının və institutlarının yaradılması istiqamətində ardıcıl islahatlar aparıldı, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində proqramlar qəbul olundu. Məktəblərin milliləşdirilməsi, tə

“Bu gün müstəqil Azərbaycan dövləti həm dünya

miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib,

eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir”.

Prezident İlham Əliyev

xxx

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət quran Azərbaycan Xalq Cümhuriyyəti (AXC) istiqlaliyyət əzmi ilə xalqımızın müstəqillik arzusunu gerçəkləşdirmiş, çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.

Xalq Cümhuriyyətinin qurulması və Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyu çətin sınaqlardan keçsə də, xalqımızın milli iradəsini sındırmaq mümkün olmadı və müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmadı. XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərindən geniş vüsət alan xalqımızın milli oyanış, milli dirçəliş hissləri və azadlıq duyğularının məntiqi nəticəsi olaraq Azərbaycan 1918-ci ildə öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, ağır tarixi dövrdə Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, milli ordu quruculuğu həyata keçirildi, dövlətin mühüm təsisatlarının və institutlarının yaradılması istiqamətində ardıcıl islahatlar aparıldı, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində proqramlar qəbul olundu. Məktəblərin milliləşdirilməsi, təhsilin ana dilində aparılmasına başlanıldı.

1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alınması dövlətimizin coğrafi bütövlüyünün də pozulmasına səbəb oldu, tarixi torpaqlarımız Azərbaycandan zor gücünə qopardıldı.

AXC-nin süquta uğraması Azərbaycan xalqının milli dövlət ideyasının itirilməsi demək deyildi, xalqımız öz müstəqil dövlətçilik amalını hər zaman qoruyub saxladı və sovet imperiyasının tərkibində olduğumuz dövrdə milli ruhun inkişafı yönündə qətiyyətli addımlar atdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dönəmində xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli şüurunu inkişaf etdirir, milli dövlətçilik əzmi ilə yorulmadan çalışır, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularını gücləndirir, gələcək müstəqil dövlətin milli atributlarını yaradırdı. Məhz onun dövründə yaranmış dayanıqlı iqtisadiyyat və sənaye, milli-mədəni dirçəliş, milli özünüdərk və milli ruh Azərbaycan xalqının qəlbində yaşatdığı dövlətçilik ideyasının gerçəkləşməsinə gətirib çıxardı.

İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağımız Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu.

Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı qaldığını, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha təsdiqlədi. Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə ucaldılması Azərbaycanın müstəqilliyinin bərpasına doğru gedən şərəfli bir yol bir açdı.

Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Ovaxtkı ağır və kritik məqamda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndərin 1993-cü ildə xilaskarlıq missiyasını yerinə yetirərək dövlətimizə sahib çıxması sayəsində Azərbaycanın əsl, əbədi və dönməz müstəqilliyi bərqərar oldu.

Ulu Öndərin müdrik bir fikri hər zaman milli-siyasi hadisə kimi aktuallığını qoruyub saxlayır. Onun “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” kəlamı dövlətçilik əzminin, dövlətə sahib olmanın mahiyyətini təcəssüm etdirir.

Həqiqətən də, əldə edilmiş müstəqilliyi göz bəbəyi kimi qorumaq, onu möhkəmləndirmək Heydər Əliyev və İlham Əliyev kimi iki dahi şəxsiyyətin, qətiyyətli siyasi iradə sahiblərinin və fədakar Liderlərin sayəsində mümkün oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etməklə üçrəngli bayrağımızı bütün torpaqlarımızda və dövlət sərhədlərimizdə dalğalandırmağa nail oldu. Bu, milli irsə, dövlət atributalarına dərin etibarın və sadiqliyin nümunəsi, Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

28 May ölkəmizdə hər il Müstəqillik Günü kimi qeyd edilir. Bu dövlət bayramı xalqımızın milli oyanış, azadlıq və suverenlik əzminin təntənəsini, dövlətçilik ənənələrini və milli qürurunu simvolizə edir.

Ramid Namazov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
525.az

1Mənbələr