AZ

Tural Abbaslı: “Üzvlərə yardım edə bilmirik”

Ağ Partiyanın sədri Tural Abbaslı Qurban bayramı ilə əlaqədar partiya üzvlərinə yardım edilə bilməməsindən gileylənib.

 

Bu barədə Pravda.az-a açıqlama verən Tural Abbaslı təəssüflə deyib ki, Ağ Partiya parlament partiyası olmadığı üçün dövlətdən maliyyələşmə baxımından əziyyət çəkir.

 

“Bizim partiyanın maliyyəsi, demək olar, əsasən ianələrdən və üzvlük haqlarından formalaşır. Təbii ki, üzvlərə yardım edə bilmirik. Rayon təşkilatlarında fərdi qaydada hansısa üzvlər kimlərəsə yardım edə bilir, bu, başqa məsələ. Amma partiya səviyyəsində, təəssüf ki, belə bir şey yoxdur. Ümid edirəm, nə vaxtsa Azərbaycanda da partiyaların vəziyyəti ən azından qonşu ölkələrdəki partiyaların statusu səviyyəsinə qalxar, həm də belə işlərlə məşğul olarıq”, - T.Abbaslı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 May 2026, 17:23   
Seçilən
33
1
pravda.az

2Mənbələr