ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Hazırkı sammitin Ermənistanın taleyini həll edəcəyini demək mümkün deyil. İrəvan Aİİ tədbirlərində iştirak etməyə davam edəcək.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Ermənistanın taleyinin qarşıdan gələn sammitdə həll olunub-olunmayacağı ilə bağlı sualına cavab verərkən deyib.
“Xeyr, qətiyyən yox. Bu, səhvdir.
Ermənistan Aİİ-də qalır. İşçi səviyyəsində iştirak edəcək, amma hər halda tədbirə qatılacaq. Ölkənin ali rəhbərliyi hazırda seçki kampaniyası ilə məşğuldur. Bu, başadüşüləndir”, - o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin mayın 28-29-da Astanada keçiriləcək görüşündə iştirak etməyəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.