AZ

Peskov: Ermənistanın inkişafı AİB-ə üzvlüyü sayəsində mümkün olub

BAKI, 27 may. TELEQRAF

Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Rusiyadan subsidiyalı malların alınması sayəsində yüksək artım templərinə nail ola bilib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" yə verdiyi müsahibədə bildirib .

"Fakt budur ki, Ermənistan xalqı AİB-dəki üzvlüyündən faydalanır və AİB-ə qoşulmaq o dövrdə çox müdrik bir qərar idi. Bu Ermənistana çoxlu dividend gətirdi. Ermənistanın yüksək artım tempi AİB-ə üzvlüyü sayəsindədir. Çünki Ermənistan Rusiyadan subsidiyalı mallar alır", - deyə Peskov əlavə edib.

Seçilən
44
teleqraf.com

1Mənbələr