AZ

"Şimal"ın məşqçisi pley-offdakı qələbəni belə şərh etdi

Bu gün 1-ci Liqa uğrunda Şamaxıda keçirilən pley-off matçında "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə üstələyən "Şimal" turnir cədvəlinin 9-cu pilləsində başa vurduğu çempionatda qalıb. "Şimal"ın məşqçisi Mehman Səfərov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Oyun gözlədiyimiz kimi çətin keçdi. Bilirdik ki, rəqib güclü komandadır. Qol buraxdıq, daha sonra toparlanıb geridönüş etdik. "Şimal"ın növbət mövsümdə daha güclü olacağına ümidliyik. Qələbə qazandığımız üçün çox sevincliyik.

Rəhbərliklə görüşümüz olacaq. Növbəti mövsümdə Xaçmaz Olimpiya Kompleksinin stadionunda oynayacağımızla bağlı söz veriblər. Biz də istəyirik ki, təmsil etdiyimiz şəhərdə mübarizə aparaq".

Nihat

Seçilən
3
1
fanat.az

2Mənbələr