AZ

Barselona dan 70 milyonluq təklif

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Barselona"dan 70 milyonluq təklif

"Barselona" klubu dünya çempionatından öncə səs-küylü transferi reallaşdırmağa hazırlaşır. Kataloniya təmsilçisinin əsas hədəfi İngiltərənin "Nyukasl" klubunun hücumçusu Entoni Qordondur.

QOL.az xəbər verir ki, "Sport" nəşrinin məlumatına görə, "Barselona" artıq Qordon üçün "Nyukasl"a 70 milyon avro dəyərində rəsmi təklif göndərib.

Qeyd olunur ki, 25 yaşlı Entoni Qordonun nümayəndələrinin "Barselona" rəsmiləri ilə apardıqları danışıqları müsbət nəticələnib.

Xatırladaq ki, 2025/2026-cı illər mövsümündə Entoni Qordon "Nyukasl"ın heyətində ümumilikdə 46 matçda meydana çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
qol.az

10Mənbələr