AZ

Hörmüz boğazı üzrə yeni plan gündəmə gəlib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran dövlət televiziyası Tehran rəhbərliyinin ABŞ ilə müharibənin dayandırılmasına yönəlmiş ilkin və qeyri-rəsmi anlaşma memorandumu layihəsini əldə etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, yayılan məlumata əsasən, təklif olunan çərçivə razılaşması Hörmüz boğazında dəniz hərəkətinin normallaşdırılması və hərbi gərginliyin azaldılmasını nəzərdə tutur.

Məlumata görə, İran bir ay ərzində Hörmüz boğazı vasitəsilə kommersiya dəniz daşımalarını müharibədən əvvəlki səviyyəyə qaytarmağı öhdəsinə götürəcək.

Bunun müqabilində ABŞ-ın İran ətrafındakı hərbi qüvvələrini geri çəkməsi və tətbiq edilən dəniz blokadasını dayandırması nəzərdə tutulur.

Məlumatda qeyd olunur ki, təşəbbüs Vaşinqton və Tehran arasında davam edən vasitəçilik səyləri fonunda tərəflərin mümkün atəşkəs və daha genişmiqyaslı razılaşmaya yaxınlaşması ilə bağlı yeni siqnallardan biri kimi qiymətləndirilir.

Bununla yanaşı, yayılan məlumatların hələlik ilkin xarakter daşıdığı və tərəflər tərəfindən yekun razılaşma kimi rəsmi şəkildə təsdiqlənmədiyi bildirilir.

Seçilən
40
turkic.world

1Mənbələr