AZ

Zelenski: Rusiya əlavə səfərbərlik hazırlayır

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna tərəfi Rusiyada əlavə səfərbərliyə hazırlıqla bağlı yeni məlumatlar əldə edib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya rəhbərliyi işğalçı qüvvələrin sayını on minlərlə artırmağı planlaşdırır.

Zelenski bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovun iştirakı ilə keçirilən müdafiə müşavirəsindən sonra Telegram hesabında paylaşım edib.

“Biz aqressor ölkədə əlavə səfərbərlik hazırlığı ilə bağlı getdikcə daha çox daxili məlumat alırıq. Bu addım ilk növbədə Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində verdiyi yüksək itkiləri kompensasiya etməyə hesablanıb. Rusiya siyasi rəhbərliyi işğalçı kontingentin artırılması tapşırığını verib. Bu isə ən azı on minlərlə əlavə hərbçi deməkdir”, – deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Rusiya hakimiyyəti bu məqsədlə səfərbərlik çağırışlarını da intensivləşdirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
41
1
turkustan.az

2Mənbələr