AZ

Moskva İrəvanın imtiyazlarını ləğv edir – böhran qapıda

Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının ciddi nəticələr doğura biləcəyi barədə yeni xəbərdarlıqlar səsləndiriblər.

Musavat.com xəbər verir ki, Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçyov bildirib ki, Ermənistan hakimiyyətinin “çoxvektorlu siyasəti” Moskva ilə münasibətlər hesabına aparılarsa, Rusiya da münasibətlərin formatına yenidən baxacaq.

Kosaçyov qeyd edib ki, illərdir Ermənistan üçün tətbiq olunan xüsusi güzəştlər modeli dəyişə bilər və münasibətlər digər ölkələrlə olduğu kimi ümumi prinsiplər əsasında qurulacaq.

Rusiyanın baş nazir müavini Aleksey Overçuk da İrəvanın Avropa standartlarına keçid planlarının Moskva üçün risk yaratdığını deyib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistana verilən güzəştlər paket halında təqdim olunub və əgər Ermənistan Avropa modelini seçərsə, enerji daşıyıcılarının qiymətləri də “Avropa qiymətləri” səviyyəsinə uyğunlaşdırıla bilər.

Rusiyalı rəsmilər həmçinin bildiriblər ki, qaz və neft məhsullarının tədarük şərtlərinə yenidən baxılması məsələsi uzun müddətdir qapalı müzakirə olunur və Ermənistan rəhbərliyi bu risklərdən xəbərdardır.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr