Ukrayna ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat əlaqələrinin, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edib.
"Qlobal enerji və logistika marşrutlarının transformasiyası şəraitində dövlətlərimizin regional qarşılıqlı əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da artacaq", - məktubda vurğulanıb.
Zelenski Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının dövlətlərin və xalqların maraqları naminə bundan sonra da möhkəmlənəcəyinə inandığını bildirib.