"Sabah" futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb.
Hücumçu ilə bağlanmış yeni sözləşmənin müddəti 2 ildir.
Mikels "Sabah"ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.
Ruanda millisinin də üzvü olan futbolçu "Sabah" forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.
Rüfət Abbasov “Neftçi”də - RƏSMİ
“Turan Tovuz” kolumbiyalı ilə bağlı qərarını verdi
II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
II Liqa ilə bağlı yeni qərar: pley-off oyunu keçiriləcək
“Kəpəz”də yeni müqavilə - RƏSMİ