AZ

Makaron və pendir yeni üsulla: Yeməyi daha yüngül və dadlı etməyin yolu açıqlandı

Əgər makaron və pendiri sevirsiniz, amma bu yemək sizə çox ağır gəlirsə, şef aşpaz Cek Kroftun təqdim etdiyi reseptə diqqət yetirmək olar, 

Demokrat.az
xəbər verir ki, bu barədə "Mirror" yazır.

Makarondan və pendirdən hazırlanan əksər yeməklər ağır, sıx və monoton olur. Amma üç Michelin ulduzlu aşpazın bu versiyası bütün bu problemləri həll edir.

Söhbət bir çoxlarının multisensor kulinariyanın pioneri hesab etdiyi məşhur şef Qeston Blumentaldan gedir. Cek bişirməyə quru makaronları qazana qoyub, su və az miqdarda duz əlavə etməklə başlayıb.

"Biz onları yarımhazır olana qədər bişiririk", deyə o bildirib.

Daha sonra Cek toyuq bulyonu əlavə edib və bunun yeməyə “dərin dad” verdiyini qeyd edib. Ardınca rozmarin, az miqdarda kəklikotu və qara istiot əlavə edilib və qarışıq təxminən 25 dəqiqə dəmlənib.

“Makaronlar təxminən 5 dəqiqə bişirilməlidir, sonra süzülür, yenidən qazana qaytarılır və üzərinə bir damla zeytun yağı əlavə edilir”, deyə kulinariya bloqeri deyib.

Onun sözlərinə görə, növbəti mərhələ ağ şərabın qatılaşdırılmasıdır: “Şərabı azaldın, yüngül şirin və turş dad alınana qədər bişirin – bu, pendirli makaronun balansını yaradır”.

Pendir seçimində o, “Qruyer”ə üstünlük verir – yaxşı əriyən və bir qədər duzlu dad verən sərt İsveçrə pendiri. Həmçinin Amerika pendiri dilimləri və krem pendirdən də istifadə edir. Krem pendir sousun sonunda əlavə olunur və yeməyə yüngül turşluq və balans verir.

Daha sonra qarğıdalı unu əlavə edilərək sous qalınlaşdırılır və daha “ipəkvari” tekstura əldə edilir. Kərə yağı, adaçayı və kəklikotu da əlavə edilərək sous zənginləşdirilir, eyni zamanda pankodan (yapon çörək qırıntısı) xırda xırtıldayan qat hazırlanır.

Cek qeyd edir ki, bir hissə sous ayrıca götürülüb krem pendirlə qarışdırılır ki, topaqlar yaranmasın. Sonra Dijon xardalı əlavə edilir.

Daha sonra qarışıq makaronla birləşdirilir və sobaya qoyulur (180°C, 15–20 dəqiqə). Nəticədə həm kremli, həm də yüngül teksturalı yemək alınır.

Jalə
Demokrat.az
Seçilən
46
1
demokrat.az

2Mənbələr