AZ

"Mançester Yunayted" yarımmüdafiəyə yeni qan axtarır

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi öncəsi yarımmüdafiə xəttində köklü dəyişikliklər etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, "Football İnsider" portalının yaydığı məlumata görə, "qırmızı şeytanlar" "Sauthempton"un gənc oyunçusu Şey Çarlzı transfer hədəfləri siyahısına daxil edib.

Cari mövsümdə nümayiş etdirdiyi uğurlu performansla diqqətləri üzərinə çəkən 22 yaşlı futbolçu bir çox klubun radarına düşməyi bacarıb.

"Sauthempton"un Premyer Liqaya vəsiqə qazana bilməməsi səbəbindən Şimali İrlandiya millisinin üzvü olan dayaq yarımmüdafiəçisinin transfer qiymətinin gözləniləndən daha aşağı məbləğə başa gələcəyi bildirilir.

Seçilən
0
1
fanat.az

2Mənbələr