Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yaşayan sakin tikinti şirkəti tərəfindən aldadıldığını bildirir.
Ölkə.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən şəxs yaşadığı mənzillə bağlı iddialar səsləndirib.
Şikayətçinin sözlərinə görə, illər əvvəl "SAS EkoPark" şirkətindən 118.6 kvadratmetr sahəsi olan mənzil alıb. Lakin sonradan məlum olub ki, mənzilin real sahəsi 96.1 kvadratmetrdir.
