AZ

İranla ABŞ arasında 14 maddəlik tarixi razılaşma - Hörmüz əvvəlki vəziyyətinə qayıdır, blokada ləğv edilir...



İran dövlət televiziyası İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə hazırlanan 14 maddəlik anlaşma memorandumunun çərçivəsi ilə bağlı "qeyri-rəsmi ilkin sənədi" əldə etdiyini açıqlayıb.

İran və ABŞ arasında mümkün razılaşmanın bir hissəsi olaraq, Vaşinqton administrasiyasının İrana qarşı dəniz blokadasını ləğv etməyi öhdəsinə götürdüyü, bunun müqabilində Tehranın Hörmüz boğazında ticarət gəmilərinin hərəkətini bir ay ərzində müharibədən əvvəlki səviyyəyə qaytarmağa razı olduğu iddia edilib.

Hərbi gəmilərin razılamaya daxil edilmədiyi layihədə, gəmi keçidlərinin idarə olunması və marşrutlarının İran və Oman arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi bildirilir.

Sənəddə həmçinin bildirilir ki, ABŞ İranın ətrafındakı bölgədən hərbi qüvvələrini çıxarmaq öhdəliyini götürüb, lakin bunun sonradan bölgəyə yerləşdirilən qüvvələri və ya mövcud bazalarda yerləşdirilən qoşunları əhatə edib-etməməsi ilə bağlı danışıqlar davam edir.

Layihə mətninə görə, tərəflər 60 gün ərzində yekun razılığa gələrsə, həmin razılaşma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən məcburi qətnamə kimi təsdiqlənəcək.

Xəbərdə, "İslamabad anlaşma memorandumunun çərçivəsinin" hələlik dəqiqləşmədiyi və İranın "konkret təsdiq" olmadan heç bir addım atmayacağı qeyd edilir.

Tahir TAĞIYEV

Seçilən
46
baki-xeber.com

1Mənbələr