ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Qəbul ballarını artırırıq”, “magistr və və dövlət qulluğu imtahanlarına dəstək oluruq” kimi başlıqlarla sosial şəbəkələrdə paylaşımlar edilir. Maraqlanan şəxslərdən isə müəyyən məbləğdə pul tələb olunur.
Bakupost.az xəbər verir ki, son günlər imtahanda zəif nəticə göstərən abituriyentləri hədəf alan bu cür dələduzluq halları yenidən gündəmə gəlib. Xüsusilə “TikTok” və “Instagram” platformalarında paylaşımlar edən şəxslər müəyyən ödəniş qarşılığında imtahan ballarını artırdıqlarını iddia edirlər.
Onlar yalnız qəbul və buraxılış imtahanlarına deyil, həmçinin magistratura və dövlət qulluğu imtahanlarının nəticələrinə də müdaxilə edə bildiklərini bildirirlər.(xəzərxəbər)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.