AZ

Göyçayda ilan kişini baş nahiyəsindən sancıb

Göyçay, 27 may, AZƏRTAC

Göyçayda ilan sancması hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib.

Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib.

Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir

Müxbir - Rəşad Türkoğlu
Seçilən
38
16
azertag.az

10Mənbələr