AZ

Su qıtlığı təhlükəsi artır -XƏBƏRDARLIQ

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, 2030-cu ilə qədər Asiya ölkələrində suya olan tələbat 50 faizdən çox artacaq.

Redaktor.az xəbər verir ki, bunu BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katib müavini Li Cünxua Düşənbədə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün inteqrasiya olunmuş yanaşmalar və güclü beynəlxalq əməkdaşlıq vacibdir.

"Proqnozlara əsasən, yalnız Asiyada suya tələbat 2030-cu ilə qədər 55 faiz artacaq", - deyə o vurğulayıb.

BMT daha əvvəl də dünyada "qlobal su böhranı" təhlükəsinə diqqət çəkmişdi. Hesabata görə, təxminən 3 milyard insan su ehtiyatları azalan və ya qeyri-sabit bölgələrdə yaşayır. Bundan əlavə, buzlaqların kütləsinin 30 faizdən çoxu artıq itib.

Seçilən
26
1
redaktor.az

3Mənbələr