AZ

MOSKVANIN ERMƏNİSTAN ETİRAFI: Onlara rəğbətimiz var, bunu gizlətmirik

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ermənistan Avropaya doğru kurs götürməsinə baxmayaraq, Moskva üçün qardaş ölkə olaraq qalır.

"AzPolitika" bu barədə o, "Vesti" informasiya sisteminə müsahibəsində bildirib.

"Ermənistan bizim qardaş ölkəmizdir, belə olub, var və belə də qalacaq", — deyə Peskov vurğulayıb.

O əlavə edib ki, Ermənistanda Baş nazir Nikol Paşinyan hökumətinin Rusiyaya münasibətdə apardığı yanaşmanı bölüşməyən siyasi qüvvələr mövcuddur. "Bu qüvvələr bizdə rəğbət oyadır və biz bunu gizlətmirik", — deyə Kremlin rəsmisi qeyd edib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
azpolitika.info

1Mənbələr