İspaniya nəhəngi "Barselona" yay transfer pəncərəsində böyük səs-küy yaradacaq növbəti addımını rəsmən tamamlayıb.
Fanat.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Nyukasl"ın ulduz futbolçusu Entoni Qordonun Kataloniya klubuna transferi barədə tərəflər tam razılıq əldə ediblər.
Katalonlar ingiltərəli cinah hücumçusunun keçidi üçün qarşı tərəfə sabit olaraq 70 milyon avro ödəyəcək, lakin bu məbləğ bonuslarla birlikdə 80 milyon avroya qədər yüksələ bilər.
Yeni komandası ilə 5 illik rəsmi müqavilə imzalayacaq 25 yaşlı istedadlı oyunçunun həftə sonuna qədər İspaniyaya səfər edəcəyi gözlənilir.