Göyçayda ilan sancması hadisəsi baş verib.
Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib.
Hadisədən sonra ətrafdakı şəxslər dərhal E.Əliyevə kömək göstərərək onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib.
Qeyd edək ki, hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir.
Davud Tarverdiyev / Metbuat.az