“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində deyil”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşdə bildirib.
Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxacağı ilə bağlı yayılan məlumatlar əsassızdır.
Baş nazir qeyd edib ki, özü hazırda həm Ali Avrasiya İqtisadi Şurasının, həm də Avrasiya Hökumətlərarası Şurasının üzvüdür:
“Ermənistan nəinki Aİİ-dən çıxmağa hazırlaşır, əksinə, mən Aİİ-nin bu iki ali idarəetmə orqanında təmsil olunan yeganə rəsmisiyəm”.
Paşinyan əlavə edib ki, 7 iyunda keçiriləcək parlament seçkilərindən sonra Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək:
“7 iyundan sonra mandat alsam, işə qayıdacağam və görəcəksiniz ki, bütün panik ifadələr neytrallaşdırılacaq. Aİİ formatına qayıdacağam, həmkarlarımın gözlərinin içinə düz baxacağam və bütün arqumentləri masa üzərinə qoyacağam”.
O həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən səsləndirilən “Ermənistan kimə lazımdır?” fikrinə də münasibət bildirib:
“Bu ifadənin siyasi nəticələri olmalıdır. Nəticə olaraq da Ermənistan heç vaxt alternativsiz qalmayacaq. Tək yol, tək boru, tək müttəfiq ümidi ilə qalmayacağıq”.
"Cebheinfo.az"