AZ

“Kristal Pelas” Konfrans Liqasının qalibi olur

İngiltərənin “Kristal Pelas” klubu UEFA Konfrans Liqasının final matçında İspaniya təmsilçisi “Rayo Valyekano”nu 1-0 hesabı ilə məğlub edərək tarixinin ilk Avropa kubokunu qazanıb.
BUTA.TV” xəbər verir ki, bu qələbə sayəsində London təmsilçisi həm də növbəti mövsüm üçün UEFA Avropa Liqasına birbaşa vəsiqəni rəsmiləşdirib. Qeyd edək ki, bu uğur “Kristal Pelas” üçün həm də tarixi bir revanş xarakteri daşıyır. Belə ki, komanda Avropa arenalarında ilk debütünü 1998-ci ildə UEFA İntertoto Kubokunda etmişdi. Həmin vaxt İngiltərə təmsilçisi turnirin 3-cü mərhələsində Türkiyənin “Samsunspor” klubuna hər iki oyunda eyni – 2:0 hesabı ilə uduzaraq Avropa macərasına erkən vida etmişdi. Məlumat üçün qeyd edək ki, londonlular ötən il “FA Cup” kubokunun da sahibi olmuşdular.

Seçilən
25
1
buta.tv

2Mənbələr