AZ

ABŞ BMT-nin xüsusi məruzəçisi Albaneziyaya qarşı sanksiyaları yenidən tətbiq edib

BAKI, 28 may. TELEQRAF

ABŞ hakimiyyəti BMT-nin xüsusi məruzəçisi Françeska Albaneziyaya qarşı sanksiyaları yenidən qüvvəyə mindirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, Françeska Paola Albaneze “xüsusi təyin olunmuş şəxslər və bloklanmış şəxslər” siyahısına daxil edilib.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında ABŞ dövlət katibi Marko Rubio Françeska Albaneziyaya qarşı sanksiyaların tətbiq edildiyini açıqlamışdı.

Seçilən
122
teleqraf.com

1Mənbələr