“Santos”un hücumçusu Neymar Braziliya milli komandasına qoşulub.
Publika.az xəbər verir ki, 2026-cı il Dünya Kuboku heyətinə daxil edilən 34 yaşlı futbolçu, helikopteri ilə Braziliya Futbol Konfederasiyasının (CBF) məşq kompleksinə uçub.
Neymar Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti, yarımmüdafiəçi Kazemiro və digər oyunçularla qucaqlaşıb.
Xatırladaq ki, “Barselona” və PSJ-nin keçmiş oyunçusu 2023-cü ilin oktyabr ayından bəri Braziliya millisində oynamayıb. O, 128 oyunda 79 qol vuraraq milli komandanın ən çox qol vuran oyunçusu olub.