AZ

ABŞ BMT nin xüsusi məruzəçisinə qarşı yenidən sanksiya tətbiq edib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 28 may, AZƏRTAC

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı tədbirlərinin bir hissəsi olaraq Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Françeska Albaneseyə qarşı sanksiyaları yenidən tətbiq edib.

AZƏRTAC Rusiya mətbuatınsa istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında məlumat verilib. Albanese Xarici Aktivlərə Nəzarət İdarəsinin xüsusi təyin edilmiş vətəndaşlar və bloklanmış şəxslər siyahısına daxil edilib.

Qeye dedək ki, 2025-ci ilin iyul ayında ABŞ Dövlət katibi Marko Rubio sosial media səhifəsində BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albaneseyə qarşı sanksiyaların tətbiq olunduğunu elan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
azertag.az

2Mənbələr