AZ

Maşında 2 saat yatdı qaldı, kor oldu

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Sakarya şəhərində avtomobilinin oturacaqlarını təmizlədikdən sonra maşının içində yuxuya gedən 45 yaşlı Yasin Kurtun həyatı tamamilə dəyişib.Demokrat.az xəbər verir ki, kimyəvi buxar və karbonmonoksit qazından zəhərlənən şəxs həkimlərin “yaşamaz” dediyi ağır vəziyyətdən sağ çıxsa da, görmə qabiliyyətinin böyük hissəsini itirib.Hadisə 2024-cü ilin noyabr ayında baş verib. Daha əvvəl Qaziantepdə marketinq rəhbəri kimi çalışan və 300 əməkdaşı idarə edən Yasin Kurt şirkətin müflis olmasından sonra ailəsi ilə birlikdə Sakaryaya köçüb.Həmin gün avtomobilinin oturacaqlarını təmizləyən Kurt yağış başladığı üçün maşının içində gözləməyə qərar verib. Oturacaqların tez quruması üçün mühərriki işə salaraq salonun qızdırıcısını aktivləşdirib.Daha sonra isə avtomobilin içində yuxuya gedib.Təxminən iki saat işlək vəziyyətdə qalan avtomobildə kimyəvi maddələrin buxarı və ehtimal olunan egzoz qazı salonu doldurub. O dövrdə qan dəyərlərində də ciddi problem olduğunu bildirən Kurt zəhərli qazlardan təsirlənib.

Seçilən
2
3
demokrat.az

4Mənbələr