AZ

Media: Avropa ölkələrində ukraynalı qaçqınlara dəstək sürətlə azalır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 may, AZƏRTAC

Avropa ölkələri Ukrayna qaçqınlarını dəstəkləməyin səmərəsiz olduğunu anlamağa başlayıblar.

AZƏRTAC xəbər verir ki, "The European Conservative" qəzetinin məlumatına görə, hazırda Avropa ölkələrində ukraynalı qaçqınlara dəstək sürətlə azalır. Məsələn, Almaniya müavinətləri əhəmiyyətli dərəcədə azaldıb, Polşa immiqrantlardan iş tapmağı tələb edib və İrlandiya ukraynalılara öz ölkələrinə qayıtdıqları üçün kompensasiya təklif etməyə başlayıb.

Nəşrin müəllifinin fikrincə, bunun səbəblərindən biri əmək bazarına və yaşayış xərclərinə mənfi təsir göstərən Avropa İttifaqındakı iqtisadi böhrandır. Nəşr bildirir ki, bu fonda qaçqınlara milyardlarla dollar xərcləməyi əsaslandırmaq getdikcə çətinləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
2
azertag.az

3Mənbələr