AZ

Alyaska sahillərində 5,6 bal gücündə zəlzələ olub

Bakı, 28 may, AZƏRTAC

ABŞ-nin Alyaska ştatının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, u barədə ABŞ Geoloji Xidməti məlumat verib . Məlumata görə, zəlzələnin episentri Adak adasından 68 kilometr cənub-şərqdə, ocağı isə 22,7 kilometr dərinlikdə yerləşib.

Daha əvvəl Kamçatkanın cənub-şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verdiyi bildirilmişdi.

Seçilən
142
1
azertag.az

2Mənbələr